N R D

NRD Haqqında

Haqqımızda

N. Dekkers

N. Dekkers ilk ali təhsilini Naxçıvanda tibb sahəsi üzrə almış, daha sonra Bakı Neft Akademiyasında Kimya Texnologiyası ixtisası üzrə ikinci ali təhsilini tamamlamışdır. Elmə və insan psixologiyasına dərin marağı onu sonradan Rotterdam Universitetinə yönləndirmiş, burada Psixologiya sahəsində akademik biliklərini genişləndirmişdir.

Tibbi bilikləri, texnoloji düşüncə tərzi və psixoloji yanaşma qabiliyyəti N. Dekkersin astroloji fəaliyyətinə elmi əsaslı və analitik baxış qazandırmışdır. O, 25 ildən artıq müddətdə — Hollandiya da daxil olmaqla bir çox Avropa ölkəsində — astrologiya sahəsində fəaliyyət göstərir. Bu illər ərzində o, fərdi astroloji məsləhətlər, doğum xəritələrinin təhlili, psixoloji astrologiya və həyat yönümlü astroloji bələdçilik istiqamətlərində zəngin təcrübə toplamışdır.

Son illərdə N. Dekkers fəaliyyət sahəsini daha da genişləndirərək şüuraltı travmaların təmizlənməsi, PFR (Psixoloji Fərdi Reabilitasiya) metodları və reqressiya terapiyası istiqamətlərində də dərin ixtisaslaşma əldə etmişdir. O, insanın daxili dünyasında gizlənən emosional blokları, keçmiş travmaların bu günə olan təsirini və onların fərdi inkişaf prosesində yaratdığı maneələri aşkara çıxarmağa yönəlmiş terapevtik üsullarla çalışır.

Bu yanaşma N. Dekkersin astroloji və psixoloji biliklərini bir araya gətirərək, insanın həm şüurlu, həm də şüuraltı səviyyədə transformasiyasına xidmət edir. O, terapiya prosesində həm analitik, həm də intuitiv üsullardan istifadə edir, müştərilərinə daxili sakitlik, emosional azadlıq və özünü daha dərindən anlama imkanı qazandırmağa yönəlir.

Müştəriləri onu həm peşəkar etika, həm də insani yanaşma ilə fərqləndirirlər. N. Dekkers üçün astrologiya və psixoterapevtik iş sadəcə bir proqnoz və ya texnika deyil — bu, insanın özünü tanıma, keçmiş travmalardan azad olma və həyatını daha şüurlu şəkildə yönləndirmə yoludur.

30

İllik
Təcrübə
Haqqımızda

Ruhun, Bədənin və Zəkanın Uyumu ilə Şəfaya Doğru

  • Neuro Rust Dienst
  • Məqsədimiz
  • Spiritüalizm

NRD — Neuro Rust Dienst — Ruhsal Terapiya Mərkəzi olaraq, həyatın içində gizlənmiş travmaların, stressin və emosional zədələrin izlərini silmək üçün varıq. Bizim üçün insan yalnız bədən və zehnin toplamı deyil — o, ruhun, enerjinin bir vəhdətidir.

Zamanla bədəndə yığılan stress və yaşanmış travmalar insanın alt beynində dərin izlər buraxır. Bu izlər gündəlik həyat keyfiyyətini aşağı salır, daxili səslə bağlarımızı qoparır və ruhun sakitliyini pozur. NRD olaraq məqsədimiz bu izləri silmək, insanı yeni doğulmuş kimi həyata gətirməkdir.

Yolumuz Spiritüalizmdən Keçir

Biz spiritüalizmin fəlsəfəsini əsas alırıq: Ruh əbədidir. Dünya yaşamı yalnız bir yuxudur və bu yuxunu istədiyimiz şəkildə yönləndirə bilərik. Ölüm isə bir son deyil — o, ruhun fərqli bir varlıq formasına keçididir. NRD olaraq, bu anlayışla hər bir müştərimizin həyat yoluna işıq tutmağa çalışırıq.

Xidmətlərimiz

Şüuraltı Travmaların Təmizlənməsi (Subconscious Trauma Cleansing)

Keçmişin izləri şüuraltımızda qalaraq gündəlik həyatımıza təsir göstərir. Bu terapiya ilə həmin izləri tapır, anlayır və bədəndən, ruhdan və zehnimizdən azad edirik.

Daha ətraflı

Astro Psixologiya (Astro Psychology)

Astroloji biliklərlə psixoloji yanaşmanı birləşdirərək, insanın doğum xəritəsinə əsasən şəxsiyyətini, potensialını və daxili konfliktlərini dərindən analiz edirik.

Daha ətraflı

Duz Terapiyası (Halo Therapy)

Təbiətin şəfalı gücünü özündə daşıyan duz otaqları tənəffüs yollarını təmizləyir, stressi azaldır və enerjini balanslayır.

Daha ətraflı

Səs Terapiyası (Sound Therapy)

Tibbi səslər, Tibet kasaları və təbii frekanslarla edilən bu terapiya daxili harmoniya yaradır, bədəni və ruhu dərin səviyyədə rahatladır.

Daha ətraflı

Pis Vərdişlərdən Azadolma (Breaking Free from Bad Habits)

Şüuraltı səviyyədə formalaşmış davranış modellərini dəyişdirərək siqaret, emosional asılılıq, təkrarlanan zərərli vərdişlərdən azadlıq təmin edirik.

Daha ətraflı

Yoqa və Meditasiya (Yoga and Meditation)

Nəfəs, bədən və düşüncəni bir araya gətirərək daxili sakitlik, diqqət və ruhi tarazlıq yaradır. Gündəlik həyatın təlaşından uzaqlaşmaq üçün ideal vasitədir.

Daha ətraflı

Psixosomatika (Psychosomatics)

Bədənin dilini dinləyərək, fiziki xəstəliklərin arxasında duran emosional səbəbləri aşkarlayır və müalicə prosesini başlanğıc nöqtəsindən qururuq.

Daha ətraflı

Post Travmatik Stress Pozuntusu (PF-R PTSP)

Travma sonrası yaşanan qorxu, narahatlıq və davranış dəyişikliklərinə yönəlmiş xüsusi terapiyalar ilə bədənin və ruhun müdafiə mexanizmlərini yenidən qururuq.

Daha ətraflı

Aura və Çakra Analizi (Aura Chakra Analysis)

Bədənin enerji sahəsini (aura) və enerji mərkəzlərini (çakraları) analiz edərək, blokajları təyin edir və balanslaşdırma prosesi həyata keçiririk.

Daha ətraflı

Reqressiya (Regression Therapy)

Şüuraltında gizlənmiş keçmiş həyat təcrübələrinə enərək bugünkü həyatdakı qorxu və tıxanıqlıqları anlamanıza və azad olmanıza kömək edirik.

Daha ətraflı

Sadhu Terapiyası (Sadhu Therapy)

Sadhu terapiya qədim mənəvi və fiziki təmizlənmə üsuludur; xüsusi mıxlı lövhə üzərində dayanmaqla bədənin enerjisi aktivləşdirilir və daxili tarazlıq bərpa olunur. Ruhani rahatlıq və stressdən azadlıq üçün effektiv bir yanaşmadır.

Daha ətraflı

Ruhunu azad et, enerjini yenilə!